İraqda yeni hücum olub
| |||||
İraqın şimalındakı Kərkük şəhərinin polisi bildirib ki, silsilə bomba hücumları nəticəsində 10 nəfər həlak olub, 70-dən çoxu yaralanıb.
Polis bildirir ki, bombalar avtomobillərə qoyulubmuş və onları intiharçılar partladıblar. Ölənlərin bəzisi müəllimlərin təlimləndirilməsi üzrə kollecin tələbə qızları olub. Kərkük şəhərinin polisi bildirir ki, hər partlayışın arasında 5 dəqiqə interval olub. Hücumların yaxşı təşkil edildiyi və xəsarət sayının arta biləcəyi bildirilir. Bombaların ikisi polis dəstələri üçün nəzərdə tutulmuşdu. Deyilənə görə, bir hücum polis rəisinə qarşı yönəlibmiş. Amma onun hadisə zamanı ərazidə olub-olmadığı bilinmir. Digər bomba adamla dolu bazarda partlayıb. Üçüncü hücum isə müəllimlərin təlimi üzrə kollecə qarşı yönəlib. Ötən həftə minlərlə iraqlı və amerikalı qüvvənin iştirakı ilə geniş təhlükəsizlik əməliyyatı keçirilib. Çox sayda adam həbs olunmuş, silah sursatı müsadirə edilmişdi. Son üç il ərzində Kərkükdə belə hücumlar çox olub. Burada kürdlər, ərəblər və türkmənlər yaşayırlar. |