Üçölçülü təfəkkür xəritəsi yaradılmışdı

Üçölçülü təfəkkür xəritəsi yaradılmışdır-A+A
17.01.2013 [21:24]

Bakı, 17 yanvar (AzərTAc). Alimlər çoxdan idi ki, beynin ümumiləşdirilmiş xassələri necə gördüyünü aydınlaşdırmaq istəyirdilər. Əvvəllər belə hesab olunurdu ki, beyində hər kateqoriyanın altında onun öz zonası vardır.
Berklidəki (ABŞ) Kaliforniya Universitetindən olan tədqiqatçılar eksperiment zamanı digər bir neçə mexanizm aşkarlamışlar. Onlar iki saat ərzində könüllülər üçün müxtəlif videokliplərdən parçalar nümayiş etdirmiş və bununla maksimal sayda “kateqoriyaları” əhatə etməyə çalışmışlar. Nəticədə tədqiqatçılar beynin 1700 ümumiləşdirilmiş əlamətin təyin olunmasına cavab verən 30 min sahəsini ayırmağa nail olmuşlar.
Lakin aydın olmuşdur ki, beyin heç də hər bir əlaməti ayrılıqda dəyərləndirmir və dərhal onların arasında oxşarlıq dərəcələrini təyin edir. 
Əgər beynin obyektlərin kateqoriyalara ayrılmasına cavab verən sahələrinin üçölçülü “atlas”ını çəkmək mümkün olsaydı, onda bu, şaxələnmiş ağaca bənzəyərdi. Beyin neyronlarının fəallığı kateqoriyalar arasındakı yaxınlıq dərəcəsinə uyğundur. Maraqlıdır ki, həmin ”kateqoriya xəritəsi” yalnız görmə qabığını deyil, digər zonaları da əhatə edir. 
Alimlər söyləyirlər ki, “fikirlərin oxunması” üçün qarşımızda daha bir yüksəktexnologiyalı imkan vardır. Bu xəritənin və tomoqrafın köməyi ilə insanın nəyi gördüyünü irəlicədən dəqiq demək olar. 
Xatırladaq ki, neyrofizioloqlar 2000-ci ilin sonunda və 2010-cu ilin əvvəlində tomoqrafın köməyi ilə “fikirləri oxumağa” imkan verən eksperimentlər aparmışlar. Kaliforniya Universitetində çalışan amerikalı alimlər 2007-ci ildə beyin dalğalarını mətnə və səsə çevirən xüsusi qurğu yaradaraq insanın daxili monoloqunu “dinləməyi” öyrənmişlər. 
Məlumdur ki, peşəkar musiqiçilər pianoçunun səssiz videoyazısını gözdən keçirməklə melodiyanı eşidə bilirlər. Bu zaman onların beyinlərində səsi qəbul edən zonalar fəallaşır. Məhz bu fakt tədqiqatçıları əks prosesi də sınaqdan keçirmək fikrinə cəlb etmişdir. 
Əgər “fikirlərin oxunması” istiqaməti bu cür sürətlə inkişaf edərsə, bir neçə onillikdən sonra alimlər, doğrudan da, fikirləri oxumaq imkanı əldə edəcəklər.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد