Ey Vidadi gərdişi-dövrani-kəcrəftarə bax
Ruzigarə gıl tamaşa karə bax kirdarə bax
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə
Hökmü adil padişahi – qadirü qəhharə bax
Sübh söndu şəb ki xəlqə qiblə idi bir çırağ
Gecəki iqbalı gör gündüzəki idbarə bax
Taci zərdən ta ayrıldı dimaği-pürqürur
Payimal oldu təpiklərdə səri sərdarə bax
Mən fəqirə əmr qılmışdı siyasət etməyə
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax
Qurtaran əndişədən ahəngəri – bicarəni
Şah ücün ol midbəri təbdil olan mismarə bax
İbrət et Ağa Məhəmməd xandan ey kəmtər gəda
Ta həyatınvar ikən nə şahə nə xunxarə bax
Vaqif
وقتی که آغا محمد خان قاجار امر به قتل وزیر والی قره باغ و شوشا یعنی واقف داد،همان شب خود به دست یاران به قتل رسید و شاعر آزاد گشت. واقف این شعر را به هم عصر خود ودادی سرود و فرستاد